EN

“Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ölkəmizdə dövlətçilik və suverenlik dəyərlərinin qorunması və müasir dövlət quruculuğu istiqamətində görülən işlərin, qazanılan nailiyyətlərin təbliği məqsədilə “Dövlətçilik və suverenlik dəyərlərinin qorunması - müasir dövlət quruculuğu” adlı videomaterial hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda Ulu Öndər Heydər Əliyevin ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik layihəsinin yenidən hazırlanması istiqamətində atdığı tarixi əhəmiyyətli addımlar, ölkədə Konstitusiya Günün təsis edilməsi haqqında verdiyi Fərman haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda müstəqillik tarixinin ən layiqli, möhtəşəm inkişaf mərhələsi - Şanlı Zəfər tarixindən də bəhs olunur, o günlərin xronologiyası təqdim edilir. “Dövlətçilik və suverenlik dəyərlərinin qorunması - müasir dövlət quruculuğu” adlı videomaterialda Prezident İlham Əliyevin müdrik siyasətini, məqsədyönlü sərkərdəlik taktikasını, qələbə sevincini əks etdirən video fraqmentlər də yer alır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanan material kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/dovletcilik-ve-suverenlik-deyerlerinin-qorunmasi yerləşdirilib.

Respublika Gənclər Kitabxanasının rəsmi saytı və sosial şəbəkə platformaları üzərindən kitabxananın fondunda olan dövlət qanunvericilik tarixini və Şanlı Qələbəni əks etdirən kitabların təbliğatı işi uğurla davam etdirilir. Kitabxana daxilində daimi sərgi kimi yaradılan “Konstitusiya və Suverenlik İli” adlı ənənəvi kitab sərgisində də sözügedən mövzunu əhatə edən və son illərdə çap edilən nəşrlər sərgilənir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
azertag.az

1Sources