EN

"Moskva İsrail-İran münaqişəsinin həllində vasitəçi ola bilər" - Rusiya XİN

 “Moskva İsrail-İran münaqişəsinin həllində vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır”.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib.

 

“Əgər belə davam edərsə, biz bütün mümkün vasitəçilik xidmətlərimizi göstərməyə hazır olacağıq”, – deyə Rudenko vurğulayıb. O, həmçinin qeyd edib ki, münaqişə başlayandan bu yana Rusiya və İran arasında yüksək səviyyəli təmaslar olub.

 

Belə ki, İran tərəfi ilə Rusiya Federasiyasının və İranın liderləri, eləcə də hər iki ölkənin xarici işlər nazirləri arasında iki telefon danışığı həyata keçirilib.

 

Fidan Hacızadə

Sfera.az

 

 

Chosen
3
1
sfera.az

2Sources