EN

“Karvan” “Turan Tovuz”un futbolçusunu transfer edir – ÖZƏL

Premyer Liqaya vəsiqə qazanan “Karvan” klubu heyətini yeni futbolçu ilə gücləndirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə klubu “Turan Tovuz”un futbolçusu Tural Bayramlı ilə maraqlanır. Tərəflər arasında bir müddədir danışıqlar davam edir.

Bayramlının Tovuz klubu ilə müqaviləsi var. Bu səbəbdən də oyunçunun icarəyə götürülməsi gündəmdədir.  Yarımmüdafiəçi Kurban Berdiyevin gələcək planlarına daxil deyil. Bu səbəbdən də oyunçu Tovuz klubundan ayrılacaq. 

“Karvan” klubu isə Tural üçün təzminat ödəmək niyyətində deyil. Hazırda rəhbərliklə futbolçu arasında maaş məsələ ilə bağlı danışıq gedir. Tərəflərin razılaşmağa yaxın olduğunu bildirilir.

Həsən Quluzadə

Chosen
7
idmanxeber.az

1Sources