EN

"Audivizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" mövzusunda görüş keçirildi — FOTOLAR

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə “Audivizual mediada bərabərlik və informasiyaya əlçatanlıq“ mövzusunda görüş keçirilib. 

Demokrat.az
xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən televiziya yayımçılarının nümayəndələri, o cümlədən Qeyri-hökümət təşkilatlarının (QHT) təmsilçiləri iştirak edib.

Görüşün keçirilməsində əsas məqsəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunundakı dəyişikliklərdən sonra işarət dilinin televiziya kanallarında tətbiqi, bununla bağlı yaranan çətinliklər və digər məsələlərin müzakirəsi olub.







Chosen
5
1
demokrat.az

2Sources