EN

Sosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu

Gəncə şəhərində yaşayan bir qadın sosial şəbəkədə yardım topladığı zaman dələduzların qurbanına çevrilib.

 

Sfera.az xəbər verir ki, naməlum nömrədən zəng edən şəxs özünü Amerikada yaşayan xeyriyyəçi kimi təqdim edərək, guya 5000 dollar yardım edəcəyini bildirib və bu məqsədlə qadından bank kartı məlumatlarını istəyib.

 

Qadın kart məlumatlarını qarşı tərəfə göndərdikdən sonra onun hesabındakı 3146 manat talanıb.

 

Daxili İşlər Nazirliyi bütün bunları nəzərə alaraq bir daha vətəndaşlara müraciət edərək bildirir:

 

 • Bank kartınızın nömrəsi, CVV/CVC kodu, istifadə müddəti və SMS-lə gələn birdəfəlik şifrələri heç kəslə, heç bir halda paylaşmayın.

 • Heç bir bank və ya xeyriyyəçi şəxsi kart məlumatlarınızı istəməz.

 • Naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin.

 • Şübhəli hallar zamanı dərhal bankınıza və polisə məlumat verin.

Chosen
3
7
sfera.az

10Sources