BAKI, TurkicWorld
Çin İsrailin hücumundan əvvəl İrana xəbərdarlıq edib.
TurkicWorld xəbər verir ki, İsrailin 13 iyun tarixində İranın bir neçə şəhərinə təşkil etdiyi hücumdan üç gün əvvəl Çin hökumətinin Tehran rəhbərliyinə xəbərdarlıq etdiyi bildirilir.
Çinin Tehran rəhbərliyinə verdiyi məlumata əsasən, İsrailin yaxın günlərdə əməliyyat keçirəcəyi barədə xəbərdarlıq olunub. Çin rəsmiləri həmçinin İsrailin İranın kommunikasiya sisteminə sızdığını və yüksək səviyyəli şəxslərin hərəkətlərini izlədiyini bildirib.
Məlumata görə, İsrail İranın rabitə infrastrukturuna daxil olaraq müəyyən şəxslərin yerini telefonlar vasitəsilə izləyib. Bu məlumatlar dəqiq koordinasiyalı hücumların həyata keçirilməsinə imkan yaradıb. Casus proqram təminatının istifadə olunub-olunmadığı dəqiq bilinməsə də, bir sıra hədəflərə yalnız konkret bir nöqtəyə yönəlmiş sursatlarla zərbə endirilməsi bu ehtimalı gücləndirir.
Qeyd edək ki, İsrailin İrana qarşı təşkil etdiyi hücumlar nəticəsində İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri və nüvə alimləri də daxil olmaqla onlarla şəxs həlak olub.