EN

“OpenAI” Pentaqonla saziş imzaladı | VİDEO

AzVision.az şirkətin rəsmi bloqunda yerləşdirilən məlumata istinadən xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, “OpenAI” həm döyüş şəraitində, həm də Pentaqonun inzibati və analitik strukturlarında tətbiq oluna bilən təkmil süni intellekt alətləri hazırlayacaq. İşlərin 2026-cı ilin iyul ayına kimi başa çatdırılması nəzərdə tutulur.

Keçən ilin sonunda “OpenAI”, həmçinin PUA-larlamübarizə sahəsində Sİ sistemini inkişaf etdirmək üçün “Anduril Industries Inc” silah istehsalçısı şirkəti ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

Şirkətin portfelinə, eyni zamanda, “ChatGPT Gov” - dövlət işçiləri üçün Sİ, NASA, Milli Səhiyyə İnstitutu, Hərbi Hava qüvvələri Tədqiqat Laboratoriyası və Xəzinədarlıq Departamenti ilə birgə layihələr də daxildir.

Qeyd edək ki, “OpenAI” şirkəti Sİ sahəsində aparıcı tərtibatçılardan biridir. Şirkət GPT-4 və ChatGPT dil modelləri ilə tanınır.


Sahil İsgəndərov
AzVision.az
Chosen
5
1
azvision.az

2Sources