EN

Hörmüz boğazındakı mövcud risklər fonunda neft bazarları qeyri-sabitliyə hazırlaşır

Bakı. Trend:

Yaxın Şərqdəki gərginlik enerji bazarlarına təzyiq göstərməkdədavam edir.

Trend-in ABŞEnerji–İnformasiya İdarəsinə (EIA) istinadən verdiyi xəbərə görə,analitiklər Hörmüz boğazı ilə bağlı davam edən risklər fonunda neftqiymətlərində dəyişkənliyin artacağı barədə xəbərdarlıqedirlər.

Bu boğaz qlobal neft tədarükü üçün həyati əhəmiyyət kəsb edənarteriyadır.

EIA-nın yeni təhlilinə əsasən, boğaz vasitəsilə dənizdaşımalarının dayandırılmamasına baxmayaraq, Brent markalı etalonneftin qiyməti 12 iyunda bir barel üçün 69 dollardan 13 iyunda 74dollara qədər kəskin şəkildə bahalaşıb. Analitiklərin fikrincə, busıçrayış regionda potensial təhdidlərə bazarın nə dərəcədə həssasolduğunu göstərir.

“Neftin əsas nəqliyyat yolları vasitəsilə tranzitin müvəqqətimümkünsüzlüyü belə, tədarükdə ciddi gecikmələrə və nəqliyyatxərclərinin artmasına səbəb ola bilər ki, bu da öz növbəsindəenerji qiymətlərinin qlobal miqyasda yüksəlməsinə gətirib çıxarar”,– deyə EIA bildirir.

Hörmüz boğazı dəniz üzərindən qlobal neft tədarüklərinin dörddəbirindən çoxunu və qlobal neft və neft məhsulları istehlakınıntəxminən beşdə birini təmin edir. 2024-cü ildə bu boğazdan, əsasən,Qətərdən olmaqla, qlobal mayeləşdirilmiş təbii qaz (MTQ)tədarükünün də 20 faizi keçib.

Həcmlərin azalması və risklərin artması

2022–2024-cü illər ərzində Hörmüz boğazı vasitəsilə tranzitedilən xam neft və kondensatın həcmi gündəlik 1,6 milyon barelazalıb. Bu azalma yalnız qismən neft məhsullarının tədarükününartması ilə kompensasiya olunub. Bu tendensiyanın səbəbləriarasında 2022-ci ilin noyabrından etibarən OPEC+ ölkələrinin nefthasilatını könüllü olaraq dəfələrlə azaltması və İran körfəziölkələrində neft emalı gücünün artması göstərilir.

Bundan əlavə, EIA-nın məlumatına görə, 2024-cü ildə Babül-Məndəbboğazı ətrafındakı qeyri-sabitlik də tədarük marşrutlarınındəyişməsinə səbəb olub: Səudiyyə Ərəbistanının milli neft şirkəti“Aramco” neft ixracatının bir hissəsini hər iki boğazı keçmədənQırmızı dəniz limanlarına yönəltmək üçün Şərq-Qərb neft kəmərindənistifadə edib.

“Hörmüz boğazını əhatə edən İran körfəz ölkələrində emalgüclərinin artması daxili neft tələbatını da artırıb”, – deyəhesabatda qeyd olunur. “Bu, eyni zamanda, tədarük axınlarının birhissəsinin regional bazarın xeyrinə yerdəyişməsinə yol açıb”.

Məhdud alternativlər

Səudiyyə Ərəbistanı və BƏƏ Hörmüz boğazını yan keçməklə neftdaşımaq üçün Qırmızı dəniz və Oman körfəzinə yönələn boru kəməriinfrastrukturuna malikdirlər. Lakin bu boru kəmərlərinin ehtiyatgücü gündəlik əməliyyatlarda fəal istifadə olunduğu üçün məhduddur.Böhranlı vəziyyətlərdə, təxminən günəldik 2,6 milyon barrelhəcmində neft BƏƏ-nin Fuceyra kəməri və Səudiyyə ƏrəbistanınınŞərq-Qərb boru kəməri vasitəsilə alternativ marşrutlarla daşınabilər.

İranın alternativ marşrutu olan Qoreh–Cask boru kəməri isə hələdə tam potensialla istifadə olunmur. Gündəlik təqribən 300 minbarel ixrac gücünə malik olsa da, 2024-cü ilin yayında Cask vəKuh-Mobarak limanlarından ixrac həcmi gündəlik 70 min barelikeçməyib. Sentyabrdan sonra isə bu marşrut üzrə tədarük tamamilədayandırılıb.

Asiya – ən böyük risk zonası

Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft və qaztədarükünün əsas payı hələ də Asiya bazarlarının üzərinə düşür.2024-cü ildə boğazdan keçən neft və kondensatın 84 faizi,mayeləşdirilmiş təbii qazın isə 83 faizi Asiya ölkələrinəgöndərilib. Əsas istiqamətlər Çin, Hindistan, Yaponiya və KoreyaRespublikası olub. Bu ölkələr ümumi neft və kondensat tədarükünün69 faizini təşkil edib.

“Bu bazarlar Hörmüz boğazı vasitəsilə tədarükdə baş verə biləcəkfasilələr halında ən həssas və ən çox təsirlənə biləcək regionlarolacaq”, – deyə EIA vurğulayır.

Proqnoz: qeyri-sabitlik davam edəcək

Davam edən geosiyasi gərginlik fonunda ekspertlər yaxın aylardaneft qiymətlərinə təzyiqlərin artmasının və enerji bazarlarındayüksək dəyişkənliyin müşahidə olunacağını proqnozlaşdırırlar.

“Hörmüz boğazı kritik əhəmiyyətə malik nəqliyyat düyünüdür vəonu tam əvəzləyə biləcək alternativ yoxdur”, – deyə EIA bildirir.“Hətta qısamüddətli fasilələr belə qlobal fəsadlara yol açabilər”.

Məqalədə:
Chosen
2
1
az.trend.az

2Sources