EN

İsrail itki sayını açıqladı

Bakı.Trend:

İsraildə iyunun 13-dən bəri İranın zərbələri nəticəsində 24nəfər həyatını itirib.

Trend xəbər verirki, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri DmitriQendelman öz “Telegram” kanalında məlumat paylaşıb.

“Mülki əhali arasında itkilər: 24 nəfər həlak olub”, - deyəpaylaşımda bildirilir. Yaralı sayının isə 647 nəfər təşkil etdiyiqeyd olunur.

Qendelman əlavə edib ki, əməliyyatın başlanmasından bəriİsrailin ərazisinə 400-ə yaxın raket və yüzlərlə pilotsuz uçanaparat buraxılıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb

Məqalədə:
Chosen
2
az.trend.az

1Sources