EN

Castin Timberleyk 11 ildən sonra İstanbulda konsert verəcək

Dünyaca məşhur amerikalı müğənni Castin Timberleykin İstanbuldakı konsertinin biletləri satışa çıxarılıb. SİA-nın Türkiyə mətbuata istinadən verdiyi məlumata görə, Timberleyk 11 ildən sonra İstanbulda verəcəyi konsertlə yenidən türkiyəli pərəstişkarları ilə görüşəcək.

2025-ci il dünya turnesini davam etdirən Timberleyk konsert üçün məşq edərkən çəkilmiş görüntülərini pərəstişkarları ilə paylaşıb. Sonuncu dəfə Litva və Danimarkadakı pərəstişkarları ilə görüşən musiqiçinin iyulun 30-da İstanbulda verəcəyi konsertə sayılı günlər qalıb. Timberleyk məşq zamanı musiqiçi dostları ilə zarafatlaşdığı, rəqs hərəkətləri və xoreoqrafiya məşq etdiyi, mahnı oxuduğu və komandasına kömək etdiyi əyləncəli anlarını "Pərdə arxasında görmədiyiniz anlar" qeydi ilə bölüşüb. Konsert İstanbul Texniki Universitetinin Stadionunda Stagepass-ın təşkilatçılığı və Biletinial ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.

Chosen
6
1
sia.az

2Sources