[center][/center]Xəbər verdiyimiz kimi, Rusiya vətəndaşı olan Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.[center]
[/center]Xalq xəbər verir ki, bu barədə vəfat edən pasientin yaxınları anews.az-a şikayətində bildirib.“Arzu Sadıqova Rusiya vətəndaşıdır. Bakıda olarkən bir neçə gün öncə- iyunun 12-də Mərcan klinikasında abdominoplastika əməliyyatı keçirib. Bir gün sonra halı pisləşib yenidən əməliyyata salıblar. Qanaxmaya düşən bacım elə orada ölüb. Bacımın heç bir xəstəliyi olmayıb. Sadəcə həkim səhlənkarlığı ucbatından ölüb”, – pasientin bacısı bildirib.[center]
[/center]“Mərcan” klinikasından bildirildi ki, məsələ ilə bağlı klinikanın mövqeyi olduğu təqdirdə əlavə məlumat veriləcək. Klinikadan qeyd olunub ki, ekspertiziya rəyi açıqlandıqdan sonra açıqlama veriləcək.[center]
[/center]Qeyd edək ki, burun çəpərinə görə “Mərcan Medicare” klinikasında Sənan Mehdiyev tərəfindən əməliyyat olunan 31 yaşlı Nəzrin Mansurova vəfat edib. Doğrudur Sənan Mehdiyev məsuliyyətə cəlb olunub.[center]
[/center]Lakin daha öncə də bu klinikada 2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızı əməliyyatdan sonra vəfat edib.Daha nə qədər xəstə ölməlidir ki, “Mərcan Medicare” klinikası fəaliyyətində dönüş yaratsın?“Mərcan” klinikasının kimə məxsudur ?[center]
[/center]Bəzi mənbələr klinika keçmiş Milli Məclisin sədri Oqtay Əsədovun qızı Nərmin Əsədovaya məxsus olduğunu iddia etsələr də, bu məlumat təkzib olunmayıb.[center]
[/center]Klinikanın rəhbəri isə anestezioloq-reanimatoloq Araz Ağayevdir. 2024-cü ilin dekabrında Səhiyyə Nazirliyi araşdırma apararaq klinikanı cərimələmişdi.Ümumiyyətlə, qarın gərmə və bədən şəkilləndirmə əməliyyatların artması ilə bağlı narahatlıq doğuran hallar mövcuddur. Bu səbəbdən, əməliyyatlara maraq göstərən şəxslərin etibarlı və təcrübəli həkimlərə müraciət etmələri, əməliyyatların risklərini və mümkün fəsadlarını diqqətlə nəzərdən keçirmələri vacibdir deyə Səhiyyə Nazirliyində əhaliyə çağırış olunub.Məsələ ilə bağlı araşdırmamız davam edir.Xalq.online