EN

Sabah çimərliklərdə hava necə olacaq?

Dəniz suyunun temperaturu iyunun 18-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 20-21° isti olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 21-22° isti olacağı gözlənilir.

Bildirilib ki, Azərbaycanda şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bizim.Media

Chosen
7
15
bizim.media

10Sources