EN

30 min manatadək nağd kredit əldə etmək imkanı: İllik faiz dərəcəsi isə 10.9%-dən başlayır

Kapital Bank müştərilərə 300 AZN-dən 30 000 AZN-dək nağd pul krediti əldə etmək imkanı yaradır.

Finss.az xəbər verir ki, kredit müddəti minimum 3 ay, maksimum isə 59 ay təşkil edir. İllik faiz dərəcəsi 10.9%-dən başlayır.

Kredit üçün əsas sənəd şəxsiyyət vəsiqəsidir. Hərbi qulluqçular üçün əlavə olaraq hərbi vəsiqə də tələb olunur. Kreditə Kapital Bankdan və ya digər bankdan əmək haqqı və ya təqaüd alan şəxslər müraciət edə bilərlər. Yaş həddi 18-70 aralığındadır.

Əməkhaqqı və ya pensiya kartı Kapital Bankda olmayan müştərilər üçün son iş yerində minimum 3 ay staj və ümumi iş stajı üzrə 6 ay tələbi qoyulur. Təqaüdçülər üçün staj tələbi yoxdur. Zəruri hallarda zamin təqdim olunması istənilə bilər.

Bank həmçinin digər banklarda krediti olan şəxslərə də müraciət etmək imkanı təqdim edir. Əsas şərt – rəsmi gəlirin olmasıdır.

Kapital Bankın bu məhsulu vətəndaşlara rahat və şəffaf şərtlərlə maliyyə dəstəyi almaq imkanı verir.

Ətraflı məlumat üçün: //www.kapitalbank.az/loans/cash

Fuad Mədətov
Finss.az

Chosen
4
fins.az

1Sources