EN

Niyə belə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir? Murad Arif dilə gəldi

Azxeber.com saytına istinadən ain.az xəbər verir.

"Adamın əsəbdən ürəyi partlayır. Yazanda da birmənalı qarşılamırsınız... Sanki oliqarx yaxud nazir balasıdır yazan... Mən yazıq, ağlım kəsəndən işləyirəm. Özü də necə...?! Günü bu gün, bir işdə varamsa, hər gün özünü doğrultmamaq qorxusundan, o qədər həyəcanlanıram. Tər tökürük, can qoyuruq, bir müsbət rəyin, bir təşəkkürün quluyuq. Amma qıraqdan baxan elə bilir ki, nəsə göydən düşür. Ay hay..."

AZXEBER.COM xəbər verir ki, bunu sosial media hesabında müğənni Murad Arif yazıb.

Müğənni bir çox gəncin məsuliyyət dərk etmədən evləndiyini iddia edib:

"Bax, cavan-cavan uşaqlar tanıyıram. Məsuliyyət sıfır, ciddiyyət sıfır, savad sıfır, intizam sıfır, fərasət sıfır! 20-22 yaşından haydı evlənməyə... 2 uşaq, 3 uşaq, 4 uşaq tappatarap! Şüur, özünüdərk yetişmədən. A bala, necə dolanmağı düşünürsən? Nə bacarırsan? "Taksovatlıq", "moyka"... Tək bacardıqları "Patsan-patsan" veyillənməkdir. Evdə arvad-uşaq da kədərli, nakam, həyata tamarzı. Tək qal, gəz-dolan, kefini yaşa də.

Dünya-aləm boyda pul qazanan oğlanlar var ki, özlərinə o veyillənməyi, sülənməyi, o çayxananı, o nərdi, dominonu rəva bilmir! Haradandır bu rahatlıq? Və niyə belə məsuliyyətsiz adamlar evlənir?"

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
7
azxeber.com

10Sources