ABŞ prezidenti Donald Trampın “Rusiyanın G8 Zirvə toplantısından çıxarılması çox yanlış qərardır” bəyanatından sonra Rusiya G7 formatının onlar üçün heç bir dəyəri olmadığını və gərəksiz bir təşkilat olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Kreml Rusiyanın “Böyük səkkizlik”dən çıxarılmasının böyük səhv olduğunu bildirib və İran və İsrail arasındakı münaqişələrlə bağlı açıqlamalar verib.
Kreml İrandakı Rusiya vətəndaşlarının Azərbaycan üzərindən ölkəni tərk etmələri üçün yol açdıqlarını açıqlayıb və “Hazırda İsrail vasitəçiliyə əl atmaqdan və ya həll yolu axtarmaqdan çəkinir” deyib.
Kreml hər iki tərəfi təmkinli olmağa çağırıb: "Gərginlik sürətlə artır. Gözlənilməzliyin səviyyəsi ən yüksək həddədir".
Aytən Yaşar/ Turkustan.az