EN

"Mossadın" baş qərargahının vurulması nəticəsində çox sayda israilli zabit həlak olub - İran KİV

Bakı. Trend:

İranın “Mossad”ın baş qərargahına endirdiyi zərbə nəticəsindəİsrailin çox sayda zabiti və hərbi qulluqçusu həlak olub.

Trend xəbər verirki, bu haqda İranın “Tasnim” agentliyi məlumat yayıb.

Bundan əvvəl İranın hökumətyönümlü mediasında İrana aidballistik raketlərdən birinin “Mossad”ın Təl-Əviv yaxınlığındakıbaş qərargahına tuş gəldiyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Chosen
2
2
az.trend.az

7Sources