İmamoğlunun görüntüləri sosial mediada yayıldı
Həbsdə olan Əkrəm İmamoğlunun İstanbul Baş prokuroru haqqında verdiyi ifadələrlə bağlı istintaqa başlanıb.
Demokrat.az xəbər verir ki, Əkrəm İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlək barəsində söylədiyi fikirlərə görə mühakimə olunduğu işin məhkəməsi dünən keçirilib. İmamoğlunun məhkəmə zalında çəkilən fotoları sürətlə sosial mediada yayılaraq trend mövzusuna çevrilib.
"Ekol TV"nin müxbiri Dilek Yaman Dəmirin verdiyi xəbərə görə, Silivri Respublika Prokurorluğu dünən Mərmərə Cəza Müəssisələri zalında Əkrəm İmamoğlunun dinləmələrində qanunsuz olaraq səs və görüntüləri lentə alanlar haqqında revize istintaqa başlayıb.
Əfsanə Kamal
Demokrat.az