Adətən yemək bişirərkən soyulub atılan soğan qabığı, əslində həm sağlamlıq, həm də gündəlik həyat üçün əvəzsiz vasitəyə çevrilə bilər.
Publika.az xəbər verir ki, soğan qabları antioksidant və kaliumla zəngin olması ilə bir çox sahədə istifadə oluna bilər:
Təbii gübrə
Soğan qabları torpaq üçün əla təbii gübrədir. Tərkibindəki kalium torpağı zənginləşdirir, bitkilərin sağlam böyüməsinə kömək edir. Kompost üçün də ideal seçimdir.
Saç üçün tonik
Bir ovuc soğan qabını suda qaynadıb soyudun və süzün. Əldə etdiyiniz suyu saç diblərinə masaj edərək tətbiq edin. 15 dəqiqə saxladıqdan sonra yuyun. Bu qarışım saç tökülməsinin qarşısını ala və saç köklərini gücləndirə bilər.
Təbii parça boyası
Pambıq və kətan kimi təbii parçaları soğan qabığı ilə qızılı-narıncı tonlara boyamaq mümkündür. Qabıqları qaynadın və parça ilə birlikdə suda saxlayın.