EN

“Öldürsək, münaqişə bitəcək!”

İsrailin baş naziri Benyamin Netanyahu İranın dini lideri Əli Xameneyini hədəfə ala biləcəklərinə eyham vurub. İsrailin İrana hücumu ilə başlayan müharibə bu gün də qarşılıqlı hücumlarla davam edir.

İsrail İran Dövlət Televiziyasını hədəfə alarkən, İranın İsrail ərazisinə “ən böyük və ən sıx” raket hücumuna hazırlaşdığı iddia edilirdi.

Bu arada tərəflər arasında bəyanatların tonu getdikcə daha sərtləşir.

İsrailin baş naziri Benyamin Netanyahu İranın dini lideri Əli Xameneyini hədəfə ala biləcəklərinə eyham vurub.

İsrailin baş naziri Netanyahu Amerikanın “ABC News” kanalına verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın “İran liderini öldürmək planını münaqişəni qızışdıracağından narahat olaraq rədd etməsi” xəbərinə “Bu, münaqişəni qızışdırmayacaq, münaqişəyə son qoyacaq”, – deyərək cavab verib.

***

Xameneyini hədəf alacaqlarmı sualına İsrailin baş naziri “İsrail etməli olduğu şeyi edir”, – deyə cavab verib.

İranın ən tanınmış nüvə alimlərini hədəf aldıqlarını da açıqlayan Netanyahu, “Onlar, açığını desəm, Hitlerin nüvə komandası idi”, şərhini verib.

Netanyahu həmçinin ABŞ-ın ən böyük marağının İsraili dəstəkləmək olduğunu müdafiə edərək, “Bu gün Tel-Əviv, sabah Nyu-Yorkdur. Mən “Öncə Amerika” şüarını anlayıram, amma “Ölü Amerika”nı anlamıram. Bu insanların (İran) istədiyi budur”, – deyib.

Chosen
4
vaxt.az

1Sources