İran “yalnız qırmızı xətlərə əməl olunarsa” danışıqlara açıqdır.
İnterpress.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına İranın təhlükəsizlik rəsmisi məlumat verib.
“Mən İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi ilə danışdım və o, mənə bildirdi ki, İran hazırkı şəraitdə cavab tədbirlərini dayandırmağa razı olmayacaq.
Bununla belə, o, İranın danışıqlara hazır olduğunu, ancaq onun qırmızı xətlərinə hörmət ediləcəyi və nəzərə alınacağı təqdirdə”, – mənbə əlavə edib.
Onun sözlərinə görə, ABŞ-nin istənilən potensial müdaxiləsi bütün regionu müharibəyə cəlb etmək riski ilə əlaqələndiriləcək.
Xuraman Etibarlı
İnterpress.az