EN

On altı ildən sonra Superliqaya yüksələn klub tanınmış hücumçu ilə anlaşıb

Bakı, 17 iyun, AZƏRTAC

On altı ildən sonra yenidən Türkiyə Superliqasında mübarizə aparacaq “Kocaelispor” heyətini tanınmış futbolçu ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Kocaeli təmsilçisi Xorvatiya millisinin hücumçusu Bruno Petkoviçlə anlaşıb. Onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb.

30 yaşlı oyunçu son olaraq ölkəsində Zaqreb “Dinamo”sunun formasını geyinib.

Chosen
119
37
azertag.az

10Sources