EN

Qusarda son bir neçə gündə 17 sərxoş sürücü SAXLANILDI

Qusarda son bir neçə gün ərzində baş tutan tədbirlər zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən 17 sürücü saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 

Məlumata görə, Qusar rayonunda istirahət mövsümü ilə əlaqədar olaraq yol polisi son bir neçə gün ərzində dövlət qeydiyyat nişanı olmadan idarə edən 4, sürücülük hüququ olmadan idarə edən 8, kobud qayda pozuntularına yol verən 4 motosiklet sürücüsü saxlanılıb.


Həmin sürücülər barəsində inzibati protokol tərtib edilib.

Bizim.Media

Chosen
28
5
bizim.media

10Sources