Sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür hadisələr cəmiyyətin həm mənəvi dəyərlər sistemində, həm də hüquqi və psixoloji hazırlığında ciddi boşluqların olduğunu göstərir:
“Valideynlik yalnız bioloji proses deyil, böyük məsuliyyət, düşüncə və emosional yetkinlik tələb edən bir missiyadır. Belə hadisələr bir daha sübut edir ki, ailə institutu ilə bağlı maarifləndirmə və psixoloji dəstək proqramları gücləndirilməlidir. Sosial şəbəkələrdə hüquqi məsuliyyət daşıyan davranış formalarının təbliği, eyni zamanda bu platformalarda yayılmış zərərli məzmunun süzgəcdən keçirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilməlidir. Həmçinin, riskli ailələrin dövlət nəzarətində saxlanması və bu ailələrlə sosial işçilərin, psixoloqların işləməsi vacibdir. Uşaqların təhlükəsizliyi və rifahı cəmiyyətin prioriteti olmalıdır. Araşdırmaların nəticələri gözlənilməli, amma bu hadisə vasitəsilə daha geniş sosial və hüquqi islahatlara təkan verilməlidir. Uşaqların hüquqları həm Konstitusiyada, həm də Ailə Məcəlləsində xüsusi vurğulanır və onların fiziki, psixoloji və mənəvi inkişafı dövlətin əsas prioritetlərindəndir”.
Sosioloq əlavə edib ki, valideynin hüquqları uşağın maraqları ilə ziddiyyət təşkil etdikdə, prioritet həmişə uşağın maraqları olmalıdır:
“Bu səbəbdən də, uşaqlara qarşı laqeyd və ya zərərverici davranan valideynlərə qarşı ciddi tədbirlər görülməlidir. Valideynlik hüququndan məhrumetmə, yalnız ekstremal hallarda tətbiq edilən bir mexanizmdir, lakin əgər valideyn uşağın həyatına, sağlamlığına və ya psixoloji durumuna birbaşa təhlükə yaradırsa, bu zaman dövlətin müdaxilə etməsi zəruridir. Bu cür hallarda həm hüquqi, həm də psixoloji qiymətləndirmə aparılmalı, müvafiq tədbirlər görülməlidir. Dövlət uşaq hüquqlarını qorumaqda ardıcıl və qətiyyətli olmalıdır”.
Leyla Turan
Demokrat.az
10Sources
-
pravda.azRüfət Quliyev: “Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” ( 20445654)
-
anspress.comRusiya SSRİ-yə qayıdır: bölgələrdə benzin talonla verilir ( 20431242)
-
pravda.az“Rusiyanın rəsmiləri və media nümayəndələri özlərini elə aparırlar ki, sanki hansısa kənddə iki qonşu qadın davaya çıxıb” – Razi Nurullayev ( 20358948)
-
pravda.azAMİP qurultaya hazırlaşır – Yeni sədr kim olacaq? ( 20358597)
-
pravda.azDeputat: “İranın verdiyi bəyanatların nəticəsi bu oldu ki, Azəraycan və Ermənistan gedib Amerikada razılığa gəldilər” ( 20337183)
-
icma.azRusiya Aİİ ölkələrinə kənd təsərrüfatı məhsullarının tədarükünü artırıb ( 20232132)
-
pravda.azAzərbaycan Rusiya ilə müttəfiqlik bəyannaməsindən imtina edə bilərmi? – “Milli maraqlarımızın pozulmasına imkan verməyəcəyik” ( 19927762)
-
pravda.azDeputat: “Qabil Məmmədov haqqında qərar bu gün qiyabidirsə, şübhəsiz ki, sabah real olacaq” ( 19888856)
-
avtosfer.azRusiya benzin ixracına qadağa qoydu: Azərbaycanda yanacaq bahalaşacaq? ( 19867685)
-
bizim.mediaRusiya benzin ixracına qadağa qoydu: Azərbaycanda benzin BAHALAŞACAQ? ( 19860506)