EN

Qazaxda xəsarət yetirilən ər arvadın son durumu

ain.az, Unikal.az saytına istinadən bildirir.

16.06.2025-ci il tarixində saat 01:30 radələrində xəsarət alan 2 nəfər Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. 

Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlardan 1979-cu il təvəllüdlü şəxsə (kişi cinsli) qarının ön divarının kəsilmiş-deşilmiş yarası və başın saçlı dəri nahiyəsinin kəsilmiş yarası diaqnozu təyin olunub və əməliyyat edilib. Vəziyyəti orta ağır qiymətləndirilir. Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

1985-ci il təvəllüdlü şəxs isə (qadın cinsli) başın tüklü hissəsinin açıq yarası diaqnozu ilə hospitalizasiya edilib və zəruri tibbi xidmət göatərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Xatırladaq ki, iyunun 16-da gecə saatlarında Qazax rayonunun Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə naməlum şəxs daxil olaraq ev sahibindən hədə-qorxu ilə pul tələb edib. O, istəyinə nail ola bilmədikdə ev sahibinə kəsici-deşici alətlə, həyat yoldaşına isə küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı Ələddin Nazarov müəyyən olunaraq saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
6
unikal.az

7Sources