Bakı, 17 iyun, AZƏRTAC
Binəqədi şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar 41, 45, 100, 108A, 108B, 123, 133, 147 və 165 nömrəli marşrut avtobuslarının hərəkət intervallarında ləngimələr müşahidə edilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.