TBİLİSİ, 17 iyun. TELEQRAF
Avropa İttifaqına (Aİ) üzv ölkələrinin xarici işlər nazirlərinin Şurasının iyunun 23-də keçiriləcək toplantısında Gürcüstanla bağlı cari məsələlər müzakirə olunacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə məlumat Şuranın təqvimində yer alıb.
Təqvimə əsasən, ittifaqa üzv 27 ölkənin XİN başçılarının iclası Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın sədrliyi ilə keçiriləcək.
Toplantının gündəliyində Gürcüstanda vəziyyətlə yanaşı, Rusiyanın Ukraynaya təcavüzü, Yaxın Şərq və Liviyadakı durum, Çin və Avropanın təhlükəsizliyi məsələləri də yer alıb.