EN

Azərbaycanda süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək

Bakı. Trend:

Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərəalınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazinooyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Millət vəkilinin sözlərinə görə, Mülki, Cinayət və İnzibatiXətalar Məcəllələrində və daha altı qanunvericilik aktındadəyişiklik layihəsinə əsasən, Azərbaycanda qanunvericiliyintələbləri nəzərə alınmaqla yalnız süni torpaq sahələrində olmaqlakazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur.

Həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənedilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsinəzərdə tutulur.

Layihəyə əsasən, kazino oyunlarının təşkili və keçirilməsiqaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumtərəfindən müəyyən ediləcək. Oyunlar yalnız nəzarət orqanının rəyinəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkiledilə biləcək.

“Azərbaycanda kazino fəaliyyəti ölkə Prezidentinin “AzərbaycanRespublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsindəbəzi tədbirlər haqqında” Sərəncamı ilə 27 yanvar 1998-ci iltarixində qadağan olunmuşdu.

Sirr deyil ki, keçid dövründə effektiv nəzarət mexanizmlərininolmaması və dünya təcrübəsinin öyrənilməməsi həm bu fəaliyyətnövlərinin Azərbaycan iqtisadiyyatına ziyan vurmasına, həm dəqeyri-qanuni yollarla əldə edilmiş pulların leqallaşdırılmasına vədigər cinayətlərin törədilməsinə əlverişli şərait yaradırdı.

Lakin dövlət aparatının güclənməsi, nəzarət mexanizmlərininoturuşması bu gün artıq 28 il öncəki real səbəbləri aradanqaldırmaq üçün kifayət qədər effektiv formada fəaliyyətə imkanverir.

Aydındır ki, normal tənzimləmə olduğu halda kazinolar ölkəyəturist cəlb edir, yeni iş yerləri yaradır və verdiyi vergilərlədövlət büdcəsinin gəlirinin artırılmasına şərait yarada bilir.Məsələn Böyük Britaniyada bu gəlir illik 20 milyard, İtaliyada 15milyard, Niderlandda isə 4 milyard ABŞ dolları civarındadır.Kazinoların leqallaşdığı və etiraf edək ki, soydaşlarımızın məhz buməqsədlə çox üz tutduğu qonşu Gürcüstan (2001-ci ildən) illik100-150 milyon, Rusiya (2009-cu ildən) isə 20-30 milyon dollarcivarında vergi gəlirləri əldə edib.

Təbii ki, bu sahənin leqallaşdırılması və tənzimlənməsi sadəməsələ deyil və bir çox amillərin nəzərə alınmasını zərurətəçevirir. Bu mənada nəzərə almalıyıq ki, kazinolar ölkənin bütünərazisini yox, yalnız süni torpaq sahələrini əhatələyəcək vəkifayət qədər sərt tələblər əsasında lisenziya ala və çoxsaylıamillər, o cümlədən sosial-mənəvi aspektlər gözlənilməklə ciddinəzarət altında fəaliyyət göstərə biləcək.

Digər tərəfdən, etiraf etməliyik ki, hazırkı dövrdə bu sahədəfəaliyyətə qadağa tam mənada effektiv ola bilməz. Çünki ötən dövrüntəcrübəsi də göstərir ki, zaman-zaman Azərbaycanda gizli kazinolaryaradılıb və dəfələrlə hüquq-mühafizə orqanları bu cürfəaliyyətləri aşkar edib. Eyni zamanda bir qayda olaraqfırıldaqçılıqla məşğul olan onlayn-kazinoların fəaliyyəti kifayətqədər geniş vüsət alıb.

Bu mənada ölkədə cari qanun layihəsinin timsalında kazinofəaliyyətinin hüquqi bazası formalaşarsa, qeyri-leqal oyun biznesivə fırıldaqçılığa da ciddi zərbə olar, bu istiqamətdə vergidənyayındırılan vəsaiti dövlət büdcəsinə yönəldər, xaricə pul axınınınvə eyni zamanda çirkli pulların yuyulmasının qarşısının alınmasındaönəmli rol oynayar”, - deyə B.Məhərrəmov fikrini tamamlayıb.

Chosen
34
20
az.trend.az

10Sources