EN

Rusiyadan İran açıqlaması: Nüvə savaşına yaxınlaşırıq!

İsrailin İrandakı dinc nüvə obyektlərinə hücumları qeyri-qanunidir, onlar dünyanı nüvə fəlakətinə doğru sövq edir, bunun nəticələri hər yerdə, o cümlədən İsrailin özündə də hiss olunacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İsrail tərəfinin İrandakı dinc nüvə obyektlərinə davam edən intensiv hücumları beynəlxalq hüquq nöqteyi-nəzərindən qanunsuzdur, beynəlxalq təhlükəsizliyə qəbuledilməz təhdidlər yaradır və dünyanı nüvə fəlakətinə doğru sövq edir ki, bunun nəticələri hər yerdə, o cümlədən İsrailin özündə də hiss olunacaq”, - Rusiya XİN vurğulayıb.

Nazirlik qeyd edib ki, Rusiya İran və İsrail arasında nizamlanmanın yalnız diplomatik yolla əldə oluna biləcəyindən irəli gəlir.

Chosen
7
4
axar.az

6Sources