EN

G7-nin növbəti sammiti 2026-cı ildə Fransanın Evian şəhərində keçiriləcək

G7-nin növbəti sammiti 2026-cı ildə Fransanın Evian şəhərində keçiriləcək

G7-nin növbəti sammiti 2026-cı ildə Fransanın Evian şəhərində keçiriləcək.

AFN.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron X (keçmiş Twitter) hesabında məlumat paylaşıb.

O, qısa video paylaşaraq bildirib: “2019-cu ildə Fransanın Biarritz şəhərində keçirilən sammitdən sonra 2026-cı ildə Evian”.

Evian Fransada Cenevrə gölünün cənub sahilində yerləşən kurort şəhəridir və burada 10 minə yaxın insan yaşayır.

Hazırda Yeddilik Qrupunun – Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya – sammiti Kanadanın Alberta əyalətindəki Kananaskis kurort zonasında keçirilir.

Chosen
19
afn.az

1Sources