"Yuventus" texniki tərəfdaşı "adidas"la yeni uzunmüddətli müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
Sözləşmə “qoca sinyora”ya ümumilikdə 408 milyon avro qazandıracaq. 2028-ci ilə qədər klub hər mövsüm üçün 46,1 milyon avro alacaq. Bu, hazırkı müqavilənin şərtləri ilə eynidir. 2028-ci ildən etibarən isə məbləğ 40,8 milyon avroya enəcək.
Qeyd edək ki, "Yuventus" 2015-ci ildən "adidas"la əməkdaşlıq edir. Bundan əvvəl klubun formasını "nike" hazırlayırdı.