"Zenit"in (Rusiya) basketbol komandası baş məşqçi Xavyer Paskualla vidalaşıb.
"Football-plus.az" xəbər verir ki, kollektiv ispaniyalı mütəxəssisin rəhbərliyi altında 2021/22 mövsümündə Rusiya çempionu olub. İki dəfə ölkə superkubokunu başı üzərinə qadırıb.
Qeyd edək ki, Paskuall 2020-ci ildən "Zenit"də çalışıb. O, əvvəllər "Barselona" və "Panatinaikos"da da işləyib.