EN

Qarşılıqlı hücumlar davam edir: İsrail raket anbarını məhv etdi, İran İsrail təyyarəsini vurdu

  İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzində yerləşən 12 raket buraxılış qurğusunu və raket anbarını hava zərbələri ilə məhv edib.

Bu barədə məlumatı İsrail Müdafiə Ordusunun Mətbuat xidməti yayıb.

Bəyanatda bildirilir ki, hava zərbələri yer-yer tipli raketlərin yerləşdiyi ərazilərə endirilib.

“Zərbələr İrana məxsus raket buraxılış qurğularına və raket anbarlarına yönəlib. Hədəflər İsrailə qarşı istifadə üçün nəzərdə tutulmuş raketlər olub”, – məlumatda deyilir.

İsrail ordusu zərbələrin kəşfiyyat məlumatları əsasında həyata keçirildiyini vurğulayıb.

 İran isə öz növbəsində ölkənin cənub-qərbində yerləşən hava hücumundan müdafiə sistemlərinin İsrailə məxsus hərbi təyyarəni vurduğunu açıqlayıb.

“Mehr” agentliyinin məlumatına görə, təyyarənin pilotu katapult edərək sağ qalmağa çalışıb.

Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb./Globalinfo.az  

Chosen
41
1
referans.az

10Sources