İranda hakimiyyət dəyişikliyi üçün fürsət yaranıb.
AFN.az xəbər verir ki, bu fikri İranın keçmiş vəliəhd şahzadəsi Rza Pəhləvi səsləndirib. O, “X” sosial şəbəkəsində paylaşım edərək iranlıları kütləvi etirazlara çağırıb.
“İslam Respublikası artıq son mərhələsindədir və süquta doğru gedir. Bu kabusdan birdəfəlik xilas olmağın yolu ümummilli üsyandır. İndi qalxmaq, İranı geri almaq zamanıdır. Respublikanın çökməsindən sonrakı vəziyyət sizi qorxutmasın – ölkə vətəndaş qarşıdurmasına və ya xaosa sürüklənməyəcək”, – deyə Pəhləvi bildirib.
Xatırladaq ki, Rza Pəhləvinin atası, Pəhləvi sülaləsinin sonuncu şahı Məhəmmədrza şah Pəhləvi 1979-cu il İslam İnqilabı nəticəsində devrilmişdi. İnqilabdan əvvəl onun hakimiyyəti dövründə İsrail ilə sıx diplomatik əlaqələr mövcud idi.