EN

“Qarabağ” “Səbail”in U-12 komandasını alır? - hər iki klubdan reaksiya

Gələn mövsümdən 1-ci liqada çıxış edəcək “Səbail”in elitada olduğu qədər bütün yaş qrupları üzrə komanda saxlamayacağı bəllidi. “Dənizçilər”in U-12 komandasını tam heyətlə “Qarabağ”a satması ilə bağlı xəbər yayılıb.

“Football-plus.az” məsələni dəqiqləşdirmək üçün hər iki klubun mətbuat katibi ilə əlaqə saxlayıb.
Anar Hacıyev, “Qarabağ”:
“Təbii ki, “Səbail”də yaxşı futbolçular var. Yalnız bir yaş qrupunda yox, bir neçə yaş qrupunda istedadlı, bəyəndiyimiz, maraqlandığımız futbolçular var. Ancaq bunu deyə bilərik. Başqa hansısa məsələ gözlənilmir”.

Rəşad Məmmədov, “Səbail”:
Hazırda bütün fikrimiz “Səbail”i formalaşdırmağa yönəlib. Əsas komandaya köklənmişik. Akademiya ilə bağlı onu deyə bilərəm ki, aşağı yaş qruplarında işləyən hər kəslə müqaviləmiz başa çatdı. Hamıya uğurlar arzulayırıq. 1-ci liqanın lisenziyalaşdırmasına uyğun olaraq, komanda sayı necə olsa, elə də edəcəyik”.

MÜZƏFFƏR QULUZADƏ
Chosen
37
1
football-plus.az

2Sources