ABŞ Silahlı Qüvvələrinin hərbçiləri Suriyada daha iki hərbi bazanı tərk ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ hərbçiləri Əl-Vazir və Tell Beydar bazalarından çıxıblar.
ABŞ hərbçilərinin Suriya ərazisini tərk etdiyi, yaxud hansı əraziyə yerləşdirildikləri barədə məlumat verilməyib.