EN

Kanada ABŞ ın etirazına görə Ukrayna ilə bağlı birgə bəyanatdan imtina edib

ain.az, Apa.az saytına istinadən bildirir.

G7 sammitinə ev sahibliyi edən Kanada, Birləşmiş Ştatların etirazı səbəbindən Ukrayna ilə bağlı birgə bəyanatın qəbulundan imtina edib.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi Kanadanın rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Sammitin Kanadanın Kananasqis şəhərində keçirilən son günündə G7 liderləri altı ayrı birgə bəyanat qəbul ediblər. Sənədlər nadir metallar, süni intellekt, kvant texnologiyaları, qanunsuz miqrasiya, meşə yanğınları ilə mübarizə və transmilli repressiyalara qarşı tədbirlərə həsr olunub.

Bundan əlavə, 16 iyun tarixində onlar İran-İsrail münaqişəsinə dair ayrıca bəyanat üzərində də razılığa gəliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
1
apa.az

2Sources