ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, qrup oyunları çərçivəsində daha 2 oyun baş tutub. "Fluminense" "Borussiya" (Dortmund) ilə üz-üzə gəlib və qolsuz heç-heçə edib.
Digər qarşılaşma isə "River Pleyt" (Argentina) və "Urava Reds" (Yaponiya) arasında baş tutub. Görüş Argentina təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.