EN

İsrail Britaniyadan hərbi dəstək istəməyib – Səfir

İsrail hakimiyyəti Böyük Britaniyadan İranın hücumlarını dəf etmək üçün kömək istəməyib.

Musavat.com xəbər verir ki, bunu İsrailin Londondakı səfiri Tzipi Hotoveli LBC radiosuna müsahibəsində deyib.

Səfirin sözlərinə görə, iki ölkə bir çox sahələrdə əməkdaşlıq edir: "Biz onlardan kömək istəməmişik. Biz kəşfiyyat sahəsində əməkdaşlıq edirik və birlikdə çox şey edirik. Lakin Böyük Britaniya təhlükəsizlik məsələsinə cəlb olunmayıb".

Hotovely qeyd edib ki, İsrail və Böyük Britaniya İranın nüvə proqramı ilə bağlı vəziyyətlə bağlı eyni fikirdədir.

 

Musavat.com

Chosen
21
musavat.com

1Sources