BAKI. 18 iyun. TELEQRAF
İsrail Müdafiə Qüvvələri fars dilində dərc edilmiş bəyanatında Tehran şəhərinin 18-ci rayonunun sakinlərini təxliyə olunmağa çağırıb.
Teleqraf xəbər verir ki, bəyanatda İsrailin bu ərazidə yerləşən hərbi infrastrukturu hədəf alan əməliyyat keçirəcəyi barədə xəbərdarlıq edilib.
Bəyanatda həmçinin şəhərin cənub-qərb hissəsində hədəf alınan ərazini göstərən xəritə əks olunub.