Azərbaycan Dövlət Televiziyası (AzTV) tamaşaçılardan üzr istəyib.
Senzor.az bildirir ki, bu barədə telekanalın özü məlumat yayıb.
Məlumatda deyilir: “AzTV Xəbər”in 20.00 buraxılışında İran İslam Respublikasının sabiq Prezidenti Mahmud Əhmədinejata qarşı sui-qəsd törədilməsi ilə bağlı məlumat verilib.
Xəbər rəsmi mənbələrdə təsdiqini tapmadığına görə, tamaşaçılardan üzr istəyirik”.
Qeyd edək ki, sabiq Prezidentin ofisi yayılan xəbərləri təkzib edib.