EN

Yaxın Şərqdəki Amerika hərbçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

Yaxın Şərqdəki hərbi bazalarda yerləşdirilən Amerika hərbçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

“Report” xəbər verir ki, bu barədə “New York Times” (NYT) məlumat yayıb.

Qeyd olunub ki, rəsmilər Vaşinqtonun İsrail tərəfində silahlı münaqişəyə müdaxilə edəcəyi təqdirdə İranın ABŞ hərbi bazalarına raket zərbələri endirəcəyindən ehtiyatlanır.

Belə ki, İrandakı nüvə obyektlərinin bombalaması nəticəsində iranpərəst qüvvələr Qırmızı dənizdəki ABŞ gəmilərinə, İraq və Suriyadakı hərbi bazalara cavab hücumları həyata keçirəcək.

Bundan əlavə, iranlılar Hörmüz boğazını dal minalaya bilərlər.

Bununla əlaqədar olaraq Yaxın Şərqdəki hərbi bazalarda yerləşdirilən Amerika hərbçiləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hazırda bölgədə 40 mindən çox ABŞ əsgəri yerləşdirilib.

Chosen
16
report.az

1Sources