EN

Kiyevdən Rusiya ilə bağlı bəyanat

Ukrayna beynəlxalq ictimaiyyətdən Kiyevin kütləvi atəşə tutulmasını pisləməyi, onun müdafiə qabiliyyətini dəstəkləməyi və Rusiyay təzyiqi artırmağı tələb edir. SİA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda iyunun 17-nə keçən gecə baş verən hücumun müharibənin ən böyük hücumlarından biri olduğu qeyd edilib. Rus işğalçıları mülki əhalini və mülki infrastrukturu, xüsusən yaşayış binalarını, təhsil müəssisəsini və sənaye obyektlərini hədəf aldılar: "Biz əminik ki, Putin G7 liderlərinin zəif görünməsi üçün G7 sammiti zamanı qəsdən bu hücumun həyata keçirilməsini əmr edib. O, qəsdən beynəlxalq sülh səylərinə, xüsusən də ABŞ-ın səylərinə tamamilə məhəl qoymadığını nümayiş etdirir".

Qeyd edək ki, ötən gün Rusiya ordusu Kiyevə raket və PUA-larla hücum edib. Ukrayna Daxili İşlər Nazirliyi hücum nəticəsində 14 nəfərin öldüyünü, 60-dan çox yaralının olduğunu bildirib.

Chosen
19
2
sia.az

10Sources