EN

İsrail İrana qarşı əməliyyatını nə vaxt dayandıracaq?..- Milli təhlükəsizlik müşaviri

İsrailin milli təhlükəsizlik müşaviri Tsaxi Hanegbi deyib ki, İrana qarşı əməliyyat Fordo nüvə kompleksinə zərər vermədən başa çatmayacaq. Obyekt təxminən 90 metr dərinlikdə yerləşir və uranın zənginləşdirilməsi üçün minlərlə sentrifuqdan ibarətdir.
 
Moderator.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə "Kanal 12" məlumat yayıb.
 
İsrailin adi döyüş sursatları belə bir dərinliyə çatmaq iqtidarında deyil, ona görə də ABŞ kompleksin havadan məhv edilməsində iştirak etməlidir.
 
"ABŞ-ın qoşulub-qoşulmayacağını bilmirəm. Plan tamamilə İsrailə aiddir - mavi və ağ, hücumun bütün elementlərini əhatə edir",- deyib Hanegbi.
 
O, əlavə edib ki, baş nazir Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla “yaxın dialoq” aparır. Bununla belə İsrail əməliyyatı həyata keçirmək qərarına gələndə Amerikanın iştirakına zəmanət verilmədiyini başa düşürdü.
 
Bir neçə mənbəyə görə, Tramp milli təhlükəsizlik komandası ilə görüşlər keçirir, İranın nüvə proqramına hücuma qoşulma imkanlarını müzakirə edir.
 
Qəzzada girovların azad edilməsi ilə bağlı razılıq əldə etmək cəhdlərinə gəlincə, Haneqbi qeyd edib ki, "HƏMAS" terrorçuları İsrailin son təklifinə cavab vermədiyi üçün son vaxtlar heç bir irəliləyiş yoxdur.
 
Bundan əvvəl yerli media İsrail və İran arasında hərbi qarşıdurmanın raket və pilotsuz təyyarələrin tətbiqi də daxil olmaqla, qarşılıqlı zərbələrlə müşayiət olunduğunu yazıb. Bu münaqişənin genişmiqyaslı müharibəyə çevriləcəyini və ya hazırkı gərginlik səviyyəsində qalacağını proqnozlaşdırmaq hələlik çətindir.
 
Ekspert onu da vurğulayıb ki, hər iki tərəf ciddi səviyyədə hərbi güc nümayiş etdirir.
 
S.Laçın
Chosen
3
moderator.az

1Sources