EN

Natley Vilyams: Azərbaycan artıq iqlim dəyişikliyi üzrə danışıqlarda öz imzasını qoyub

Ötən il Bakıda keçirilən COP29 iqlim konfransı doğrudan da möhtəşəm, güclü və tarixi nəticələrlə yadda qaldı, xüsusilə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) və uzunmüddətli maliyyə məsələlərinin məhz COP29 həllini tapmasını xüsusi qeyd etmək yerinə düşərdi.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) katibliyinim üzvü Natley Vilyams deyib.

“Bu, həqiqətən böyük peşəkarlıqla həyata keçirilmişdi və COP29 sədrliyinin konsensusa nail ola bilməsi, hamını bu prosesə cəlb etmək, təkcə hökumətlər daxilində deyil, bütün dünyada vətəndaş cəmiyyətlərini də səfərbər etməsi iqlim fəaliyyətinə stimul verdi.

Azərbaycan diplomatlarının danışıqlar aparması nəticə verdi və biz Bakıda uzunmüddətli, fundamental bir nəticə əldə etdik. Azərbaycanın bu prosesdəki rolu artıq təsdiqlənmiş sayılır – təkcə Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) və maliyyə məsələlərində deyil, həm də Paris Sazişi çərçivəsində 10 ildən çox davam edən müzakirələrdən sonra nəhayət yekunlaşdırılan 6-cı maddə üzrə də mexanizmin formalaşması yeni eranın - icra erasının başlanğıcı sayıla bilər.

Azərbaycan artıq iqlim dəyişikliyi üzrə danışıqlarda öz imzasını qoyub”, - deyə Vilyams əlavə edib.

Chosen
1
3
ikisahil.az

4Sources