EN

Tramp Qrenlandiyanı ABŞ Şimal Komandanlığının nəzarətinə verdi

ABŞ prezidenti Donald Tramp silahlı qüvvələrin döyüş komandanlığının planını dəyişərək Qrenlandiyanı Avropa Komandanlığının məsuliyyət zonasından Şimal Komandanlığının nəzarətinə keçirib, Pentaqonun sözçüsü Şon Parnel bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.

Nəşr qeyd edir ki, bu qərar birgə qüvvələrin Amerika ərazisini qorumaq qabiliyyətini gücləndirməli, bütün Qərb yarımkürəsinin müdafiəsini gücləndirməli, həmçinin Arktika müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlığın inkişafına kömək etməlidir.

Pentaqon belə bir tədbirin Tramp administrasiyasının milli müdafiənin qorunması sahəsində strateji təlimatlarına uyğun olduğunu vurğuladı.

Bundan əvvəl Pentaqonun katibi Pit Heqset təsdiqləmişdi ki, ABŞ hərbi departamenti müxtəlif fövqəladə hallar, o cümlədən Qrenlandiya və Panama ilə bağlı mümkün əməliyyatlar üçün strategiyalar hazırlayır.

Əziz Mustafa, Oxuməni.az

Chosen
14
oxumeni.az

1Sources