EN

“Neftçi” 5 milyon manatlıq yükdən xilas olub

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mövsümü 6-cı yerdə başa vuran “Neftçi” artıq 10 futbolçu ilə yollarını ayırıb. Bu futbolçulardan doqquzu ilə başa çatan müqavilə müddəti uzadılmayıbsa, Dembo Darbo ilə müqaviləyə xitam verilib.“Football-plus.az” “neftchi.baku.fan.page”ə istinadən ayrılan futbolçuların aylıq maaşını təqdim edir:Rüstəm Samiqullin: 3 min manatYuri Matias: 30 min dollarAzər Salahlı: 10 min dollarHöccət Haqverdi: 20 min dollarAzər Əliyev: 22 min dollarRobert Bauer: 40 min dolarRafael Quzzo: 35 min dollarRəhman Hacıyev: 10 min dollarDembo Darbo: 45 min dollarYeqor Boqomolski: 10 min dollarBu rəqəmləri üst-üstə gələndə 222 min dollar edir. Samiqullinin 3 min manatını da əlavə edəndən, dolları manata çevirəndən sonra aylıq 380 min, illik isə 4 milyon 560 min manat alınır. Çox-çox böyük məbləğdi. Sözün əsl mənasında “Neftçi” ağır yükdən xilas olub. Qalır bundan sonra düzgün qərar vermək.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
1
icma.az

2Sources