EN

Qazaxda kiçik toy məclisinin gecəsi QANLA BİTDİ

Qonaqlar çağırıb övladına kiçik toy məclisi keçirib. Gecə saatlarında isə çağırılmayan bir qonaq evlərinə daxil olub, bir neçə nəfərə xəsarət yetirib, toyda yığılan nəməri aparmaq istəyib.

Far.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Allahverdiyevlər ailəsinin başına gələn qarət Qazax rayonunun Qazaxbəyli kəndində baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs əvvəlcə evin xanımı 40 yaşlı Kəmalə Allahverdiyeva, daha sonra ev sahibi 46 yaşlı Emin Allahverdiyevə xəsarətlər yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Qazax rayonunun Orta Salahlı kənd sakini 64 yaşlı Ələddin Nazarovdur.

Ev sahibinin valideynləri iddia edirlər ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs gəlininin atası evi ilə qonşuluqda yaşayır. Eminin atası Yusif Allahverdiyevlə idarələrdən birində bir yerdə çalışıblar. Hadisəni də məhz əvvəlcədən planlaşdıraraq həyata keçirib.

Ətraflı süjetdə:

Chosen
5
3
far.az

4Sources