EN

“Bu müharibə Rusiya–İran-Çin hərbi birliyinin yaranması ilə bitəcək və...”

“Bu haqda hələ 10 il bundan əvvəl sizə verdiyim müsahibədə  və Rusiyanın “Nezavisimaya” qəzetində dərc edilmiş “Əgər İkinci Soyuq müharibə başlayarsa...” başlıqlı məqaləmdə ətraflı yazmışdım...”  
 
“İsrailin İrana qarşı savaşı ABŞ-la Rusiyanın silahlarının toqquşmasıdır. Hər halda bu savaşın başlamasının neftin qiymətinin bir neçə dəfə artacağı proqnozunu verənlər də haqlıdırlar. Bundan neft istehsal edən ölkələr  udacaq. Bu, Putinə də sərf eləyir”. 
 
Siyasi analitik Tahir Cəfərli bu fikirləri Moderator.az əməkdaşının “Doğrudanmı  işğalçı Rusiya diktatoru Vladimir Putinə İrandakı savaş sərf edir: həm diqqətin Ukraynadan yayınması baxımından, həm də neftin qiymətinin qalxması baxımından?” sualını cavablandırarkən ifadə edib.
 
“Bununla belə, müharibə davam etdirilsə, Avropa Birliyi və Çinin iqtisadiyyatlarına ciddi zərərlər dəyəcək. Nəzərə alsaq ki, ABŞ-ın Avropa Birliyini dağıtmaq geo-siyasi oyununda  Rusiya da yaxından iştirak edir, bu həqiqətən mümkündür. Müharibənin uzanmasını Rusiya və Çin istəməz. Baxarsız, bu müharibə Rusiya –İran-Çin hərbi birliyinin yaranması ilə bitəcək və İkinci soyuq müharibənin başlanmasına gətirib çıxaracaq. Bu haqda hələ 10 il bundan əvvəl sizə verdiyim müsahibədə  və Rusiyanın “Nezavisimaya” qəzetində dərc edilmiş “Əgər İkinci Soyuq müharibə başlayarsa...” başlıqlı məqaləmdə ətraflı yazmışdım...”  
 
Sultan Laçın
 
Chosen
3
moderator.az

1Sources