EN

İsrail İrandakı istehsal obyektlərinə zərbələr endirib

Bakı, TurkicWorld

İsrail İranın uranın zənginləşdirilməsi prosesində istifadə edilən sentrifuqaların istehsalı ilə məşğul olan sənaye obyektlərinə zərbələr endirib.

TurkicWorld xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox döyüş təyyarəsi Tehran ərazisindəki hərbi istehsal obyektlərinə silsilə hücumlar həyata keçirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran "Həqiqi Vəd III Əməliyyatı" ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Chosen
10
3
turkic.world

3Sources