EN

“İsrailin səmalarına tam nəzarəti ələ keçirmişik” – SEPAH


“İran Hərbi Hava Qüvvələri İsrailə gecə hücumu zamanı İsrail səmasında nəzarəti təmin edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH – İran Silahlı Qüvvələrinin elit bölmələri) bəyanatına istinadən məlumat yayıb.
“Bugünkü raket hücumu göstərdi ki, biz işğal olunmuş ərazilərin (İsrail nəzərdə tutulur – red.) səmalarına tam nəzarəti ələ keçirmişik və onların sakinləri İranın raket hücumlarına qarşı tamamilə müdafiəsizdirlər”, - SEPAH-ın bəyanatında deyilir.
Üstünlüyün “Fateh” raketlərinin istifadəsi ilə əldə edildiyi vurğulanır.
Chosen
8
9
yeniavaz.com

10Sources